Reklam verin!
     
 

GAMES

GAMES

QURBAN BAYRAMININ TARİXİNDƏN

QURBAN   BAYRAMININ   TARİXİNDƏN.Bir  gecə  Həzrəti  İbrahim  yuxusunda  gördü  ki,  oğlu  İsmayılı  qurban  verir.  Səhər  ayıldıqda  bu  yuxuya  çox  da  əhəmiyyət  vermədi. Növbəti  gecə    eyni  yuxunu  gördü.  Nəhayət, üçüncü  gecə    eyni  yuxunu  gördükdə  bu işin İLAHİ   bir  əmr  olduğunu  başa  düşüb,  bu  əmri  yerinə yetirmək  üçün  yola  çıxdı.  Yolda  şeytan  onu fikirindən  daşındırmağa  çalışsa  da  bir  şeyə  nail  ola  bilmədi.  Həzrəti  İbrahim  Məkkə  vadisinə oğlu  İsmayılı  tapdı    dedi:- Oğlum, ip  və bıçaq  götür,  ardımca  gəl.  Həzrəti  İsmayıl  o  saat  atasının  dediklərini  götürdü  və onun  ardınca  getdi. Onlar  getdikdən  sonra  şeytan   Həzrəti  Həcərin  yanına  gəldi    dedi:-Ey  Həcər,  yazıqlar    olsun  sənə,  atası  İsmayılı  qurban  kəsmək  üçün  aparır.Tez  ol  bu  işin  qarşısını al.Həzrəti  Həcər:-Əgər bu    ALLAHIN  əmridirsə,  yerinə  yetirilməlidir-  dedi    şeytanı  qovdu.Şeytan  Həzrəti  Həcəri    yoldan  çıxara  bilməyəcəyinə  inandan  sonra  kiçik  İsmayılı   ələ  almağa  çaışdı.  Atasının  ardınca  ağı r - ağır  gedən  İsmayıla  yaxınlaşdı və  dedi:-Qəşəng  bala,  heç  bilirsən  atan  səni   hara  aparır?- Odun  toplamağa  gedirik.    - Odun   toplamaq  bəhanədir,  atan  səni  aparır  ki,  başını kəssin.- Atam  mənim  başımı  niyə  kəsməlidir  ki?-Çünki  bunu  ona ALLAH   əmr   etmişdir.- O  halda  ALLAH   Təala  nəyi  əmr  etmişsə, o  da  yerinə    yetirilməlidir.  Rəbbimizin  əmrinə  boyun  əymək  bizim  borcumuzdur.-  Şeytan  İsmayıldan  əl çəkmək  istəmirdi.  Nəhayət,   balaca  İsmayıl  onun  əlindən  zara  gəldi    daşlayıb  qovdu.  Onlar  Mina  dağına  gəlib  çıxdılar.  Həzrəti  İbrahim  dayandı    oğluna  dedi:-  Oğlum, ALLAH  Təala  mənə  səni   qurban  etməyi   əmr   etmişdir.    deyirsən,    düşünürsən?Həzrəti  İsmayıl  heç-tərəddüd   etmədi:-Ey   ata,  sənə    əmr   edildisə,   onu  da   et.  İnşallah,   mənim  səbr  edənlərdən   olduğumu   görəcəksən.... Həzrəti  İbrahim    qədər  çalışdısa  da  bıçaq  kəsmədi.  Bu  vaxt “ALLAHU  ƏKBƏR” səsləri  eşitdi.  Başını  qaldıranda  gördü  ki,  Həzrəti  Cəbrayıl   iri  bir  qoç  gətirib  gəlmişdir.  Həzrəti  Cəbrayıl  ona  dedi:-Ey  İbrahim,  sən  verdiyin   vədi   yerinə  yetirdin.ALLAH  Təalanın  bu  sınağından   da  üzüağ  çıxdın.Artıq  bu  uşağı  incitmə.  Al,  ALLAH  Təalanın  göndərdiyi  bu  qoçu  qurban  kəs.Həzrəti   İbrahim   “Bismillahi   Allahu  Əkbər”- deyərək   qoçu   kəsdi.  Həzrəti  İsmayılın  boğazının  dərisini  belə  cızmayan  bıçaq  qoçun  boğazını  bir  andaca  üzdü.Tarixini dəqiq   bilmədiyimiz    bu  hadisədən  sonra  hər  il  hicri-qəməri  təqvimi  ilə  zilhiccə  ayın   10-cu   günündə   bu   “Qurban  bayramını”  keçirmək        biz müsəlmanlara  “İlahi”  bir  tapşırıq  kimi  buyurmuşdur.  
games     Oktyabr 28, 2007 13:57
Şərhlər(1)    133 oxunma
hekayələr     qurban bayraminin tarixindən 
1
Orxan yazıb:

Salam sizə uğurlar və demək istəyirəm ki siz mənim saytımı yerləşdirə bilərsiz təşəkkürlər !!!
bir də ki mən sizi yeni açılmış catımıza dəvət edirəm buyurun ziyaret edin
http://some.azeriblog.com
chat1.azeriblog.com

Oktyabr 28, 2007 18:47

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

games
ƏN YAXŞI OYUN HANSIDIR?




  • İndi blogda: 1
  • Keçən ayın hiti: 839
  • Dünənki hit: 13
  • Bugünki hit: 5
  • Ümumi hit: 7815


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com